Cəmiyyət

Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”

Sharing is caring!




“Bir gün eşidəcəksiniz ki, mən də yoxam”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib.

O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. 

“Mən balaca uşaq idim, Cavanşir müəllim “Xatirə” ansamblında qarmon ifaçısı idi. Orada gördüm ki, necə qayğıkeş, necə musiqi üçün çalışan insan olub”, – deyə o qeyd edib.

Qeyd edək ki, Aybəniz Haşımova vida mərasiminda tibbi maskada qatılıb və səhhətində kiçik problem olduğunu bildirib.

Əməkdar artist sağlamlığınızda nə kimi problem var sualına isə cavab verməkdən yayınıb.

“İnşallah tezliklə sağalaram”, – deyə A.Haşımova bildirib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir