Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq – PROQNOZ

Sharing is caring!




Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir