Cəmiyyət

Tərtərdə ağır qəza: Ölən var – FOTO

Sharing is caring!




Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşublar. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. VAZ-2107-nin sürücüsü xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Tərtər Rrayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir