Cəmiyyət

Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var – FOTO

Sharing is caring!




Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes-Benz” markalı minik maşını toqquşub.

Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir