Cəmiyyət

Ramazan bayramında Bakı-Qəbələ qatarlarından istifadə dörd dəfəyə yaxın artıb

Sharing is caring!




“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində (10-14 aprel) şəhərətrafı və ölkədaxili qatarlarla 46 907 sərnişin daşıyıb ki, bu da ötən ilin bayram günləri ilə müqayisədə 29% çoxdur.

Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma sayı 25% artaraq 37 813, Bakı-Ağstafa qatarları ilə sərnişindaşıma sayı 21% artaraq 6 649, Bakı-Qəbələ qatarları ilə sərnişindaşıma sayı isə 3,6 dəfə artaraq 2 445 olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir