Cəmiyyət

Xalq rəssamı Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş sərgi keçirilib – FOTO/VİDEO

Sharing is caring!




Aprel ayının 12-də Müasir İncəsənət Muzeyində Azərbaycanın dünyaca tanınmış ustad rəngkarı və xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı 75 illik yubiley sərgisinin açılış mərasimi olub.

Oxu.Az xəbər verir ki, sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd həm rəngkarlıq, həm qrafik əsərləri nümayiş olunur. Sərgilənən əsərlər Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanır, eyni zamanda, müasir incəsənət texnikaları ilə birləşərək Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.

 

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir