Cəmiyyət

Bakıda köməksiz vəziyyətdə qalan 80 yaşlı qadın xilas edilib – VİDEO

Sharing is caring!




Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin qapısını pəncərədən daxil olaraq açıblar. Mənzilə baxış zamanı halsız olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1944-cü il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir