Cəmiyyət

Vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halları müşahidə olunur – XƏBƏRDARLIQ

Sharing is caring!




Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir.

Bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı “YouTube” səhifəmizə (https://www.youtube.com/watch?v=ThHgQ1xz-eA) keçid edərək öyrənə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir