Cəmiyyət

Sabirabadın mərkəzində təhlükəyə çevrilən ağaclar – VİDEO

Sharing is caring!




Sabirabadın mərkəzi küçəsi olan Həsən Ağayev küçəsində hündürlüyü 25-30 metrə çatan ağaclar təhlükəli hal alıb.

Sakinlərin sözlərinə görə, vaxtilə bu ərazidə rus qəbiristanlığı yerləşib və həmin qaraağac ağacları o zaman əkilib.

“Bu ağaclardan bir neçəsi aşıb. Qalan ağaclardan biri çox təhlükəli vəziyyət yaradır. Güclü külək olsa, evin üstünü aparacaq. Problemlə bağlı tədbir görülməlidir”, – deyə şikayətçi Məmmədəli Cəfərli bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir