Cəmiyyət

Qazaxda təmir sexi yanıb

Sharing is caring!




Qazax şəhərində ümumi sahəsi 1500 kvadratmetr olan, 25 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 1200 kvadratmetr sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 kvadratmetr sahədə, təmirə dayanan üç ədəd avtomobil yanıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir