Cəmiyyət

Bakıda qanunsuz quraşdırılan tikililər sökülüb – FOTO

Sharing is caring!

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində ikinci mərtəbədəki obyektə birləşdirilən dəmir pilləkəni söküblər.

Oxu.Az xəbər verir ki, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində piyada yolunda qurulan mövsümi iaşə obyekti də yığışdırılıb.

Belə ki, hər iki quraşdırma işi qanunsuz olub, söküntü işlərini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi aidiyyəti qurumlarla birgə görüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir