Cəmiyyət

Xankəndidə avtomatlar və pulemyot tapılıb

Sharing is caring!

Xankəndi şəhəri ərazisindən səkkiz qumbara, yeddi avtomat və bir pulemyot tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, üç tüfəng, səkkiz qumbara, altı alışdırıcı, 30 patron darağı, 1 555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir