Cəmiyyət

Gürcüstan səfirliyinin Qazaxda qəzaya düşən əməkdaşları öz ölkələrindəki xəstəxanaya göndərildilər

Sharing is caring!

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndəriliblər.

“Report”un Qərb bürosunun məlumatına görə, Gürcüstan vətəndaşları – 1955-ci il təvəllüdlü Khulordava Malkhaz və 1956-cı il təvəllüdlü Todua Yali Qazax Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir