Cəmiyyət

Dövlət Vergi Xidməti vəzifəli şəxslərinin sayını açıqlayıb

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

“Bakı şəhərində mərkəzi aparatdan başqa, yeddi idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir ki, bunun da ikisi işğaldan azad edilmiş ərazilərdədir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir