Cəmiyyət

Bakıda ağır qəza: Sərnişin avtobusu ilə motosiklet toqquşdu – FOTO

Sharing is caring!


Bakının Xətai rayonu, Xocalı prospektində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, “Baku Bus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir