Cəmiyyət

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza: Xəsarət alanlar var

Sharing is caring!


Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir