Cəmiyyət

Salyanda kollektor daşdı: Həyətyanı sahə və təsərrüfatları qrunt suları basdı

Sharing is caring!


İntensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt suları yığılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunublar.

Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir