Cəmiyyət

Azərbaycanda süni yağış yağdırılması təklif olunur

Sharing is caring!


İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti – Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

Bu barədə “Report”a açıqlamasında şirkətin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Dieqo Berqer bildirib.

Onun sözlərinə görə, layihə ötən həftə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə təqdim olunub:

“Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir