Dünya

Müharibə olsa, Polşa Seyminin sədrinin həyat yoldaşı cəbhəyə gedəcək

Sharing is caring!


“Həyat yoldaşım cəbhəyə gedəcək. Əgər silahlı qarşıdurma olsa, həyat yoldaşım öləcək. Mən bunu istəmirəm, Allah qorusun”, – deyə Şimon Holovnya qeyd edib.

Polşa Seyminin sədrinin həyat yoldaşı Urşula Bjezinskaya-Holovnya Polşa Hərbi Hava Qüvvələrinin zabiti və “MiQ-29” qırıcısının pilotudur.

“O, real olaraq Silahlı Qüvvələrdə xidmət edir. Bizim mediada və ya siyasətdə etdiyimiz kimi sözlə döyüşmür”, – deyə Holovnya bildirib.

Qeyd edək ki, Holovnyanın 47, həyat yoldaşının isə 36 yaşı var. Ailənin iki qız övladı var.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir