Cəmiyyət

Sükan arxasında sürücünün halı pisləşdi, avtomobil avtobusa çırpıldı – VİDEO

Sharing is caring!


Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Ford” markalı yük avtomobilinin sürücüsünün sükan arxasında halı pisləşib, idarəetməni itirib və maşın sərnişin avtobusu ilə toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir