Cəmiyyət

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlı palataya köçürüldü

Sharing is caring!


“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlı bu gün reanimasiyadan palataya köçürülüb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) uşağın vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir.

Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir