Cəmiyyət

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi: Ölənlər var – FOTO

Sharing is caring!


Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Ərzuman Məzahir oğlu Süleymanov və 1978-ci il təvəllüdlü Zaur Xudayar oğlu Mədətov dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Ağazadə oğlu Mustafayev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir