Cəmiyyət

Astarada avtomobil elektrik dirəyinə çırpılıb: Ölən və yaralanan var

Sharing is caring!


Astara şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Tural Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir