Cəmiyyət

8 Mart qocalar evində: “Məni heç təbrik edən olmayıb” – VİDEO

Sharing is caring!


Martın 8-i Beynəlxalq Qadınlar Günüdür.

Baku TV bu münasibətlə ahıl şəxslər üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsindən reportaj hazırlayıb.

Qocalar evinin qadın sakinləri – 74 yaşlı Maya Abbasova və 78 yaşlı Brilyant Koroğluyeva təbrik edilib. Onlar öz həyat hekayələrini danışıblar.

Uşaq evində böyüyən M.Abbasova doğmalarından yalnız nəvəsinin qaldığını söyləyib:

“Uşaqlarım vəfat edib. Təkcə nəvəm qalıb. Ümid edirdim ki, o mənə baxacaq. Amma elə olmadı. Pis vərdişi var. Evi satıb, məni çöldə qoydu”. 

B.Koroğluyeva da uşaqlığının internat məktəbdə keçdiyini deyib:

“10 il uşaq evində olmuşam. Daha sonra ailə qurdum, 19 il birlikdə yaşadıq, uşağımız olmadı. Həyat yoldaşım öləndən sonra anamla bacım məni dəlixanaya qoydular ki, nə edirik bunu?”

Ətraflı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir