Cəmiyyət

Qüdrət Həsənquliyev: “Müəyyən tikinti şirkətləri icazə almadan söküntü işləri aparır”

Sharing is caring!


“Son dövrlərdə Bakıda pilot layihə üzərindən çox sayda köhnə bina sökülüb, yerlərində isə yeni binalar tikilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, tikintiyə icazə almadan söküntü işləri aparır, tikintiyə başlayır:

“Bunlara heç kəs mane ola bilmir. Bizdə elə tikinti şirkətləri var ki, onlar bir çox dəyərləri itiriblər, Allahdan da qorxmurlar. Başa düşmürlər ki, insanlara qan ağladanlara Allah qan qusduracaq. Elçin Mirzəbəylinin də yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödənilmədən gəlib söküblər”.

Deputat dolanışıq dalınca Rusiya və başqa ölkələrə gedən vətəndaşlarımızın pasport ala bilməməsi problemini də qaldırıb:

“Onlar dolanışıq üçün Rusiyaya və digər ölkələrə gediblər, indi yaşa dolublar və ölkəyə qayıtmaq istəyirlər. Onlar Rusiya vətəndaşlığı qəbul ediblər, amma indi öz vətəndaşlığımızla pasport almaq istəyirlər. Bunu edə bilmirlər. Biz onların yanında gözükölgəliyik. İkili vətəndaşlıq məsələsi hələ də qalmaqdadır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir