Cəmiyyət

Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar kəskin artıb

Sharing is caring!


Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Oxu.Az-a XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84% artım deməkdir.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26% çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir