Cəmiyyət

Oğuzda qəza: Xəsarət alan var – FOTO

Sharing is caring!


Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Oğuz şəhərinin giriş hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Daevoo” markalı avtomobillə VAZ-21015 markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir