Cəmiyyət

Rüşvətə görə həbs olunan baş direktorun vəzifələrini kim icra edəcək? – FOTO

Sharing is caring!


Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsi İlham Məmmədova tapşırılıb. 

“Qaynarinfo”nun məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb. 

Xatırladaq ki, İ.Məmmədov 2011-ci ildən baş direktorun müavini, mərkəzin baş həkimidir.

Fotoda İlham Məmmədov

Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsdə keçirilən əməliyyat zamanı qurumun baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev saxlanılıblar. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fotoda Elşən Mustafayev və Zamin Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir