Cəmiyyət

Bakıda mənzildə yanğın baş verib – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə M.C.Paşayev küçəsi, 18 ünvanında yerləşən beşmərtəbəli binada qeydə alınıb.

İkinci mərtəbədəki mənzilin mətbəxində olan paltaryuyan maşın alışıb. Ev sahibi yanğını söndürmək istəyərkən tüstüdən zəhərlənib. Əraziyə FHN-in DYMX-nin əməkdaşları cəlb olunublar. Alovun mətbəxdən digər otaqlara keçməsinin qarşısı alınıb.

Evin sahibi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir