Cəmiyyət

Milli geyimlərdən danışan tarixçi: “Dar şalvarlarına görə adamın əti tökülür” – VİDEO

Sharing is caring!


Milli geyim mədəni irsimizin əsas elementlərindən biridir. Xalqın tarixini özündə əks etdirməklə bərabər, onun milli özünəməxsusluğunu, zövq və mədəni səviyyəsini də göstərir.

Hər bir xalqın milli geyimi onun mədəniyyətini, xüsusiyyətlərini, tarixini əks etdirən heyrətamiz bir hadisədir. Bu, yerli xalqın mentalitetinin mahiyyətini daha yaxşı anlamağa kömək edir. Azərbaycanın tarixi qədim olduğu kimi, geyimləri də qədimdir və bu, birbaşa tarixə bağlıdır.

Ən qədim geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Həmçinin kil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir. Bu gün milli geyimlərə münasibət tam başqadır.

Artıq milli paltarların müasir formada tikilməsi, xanımların xınayaxdı mərasimlərində həmin geyimlərdən istifadə etməsi yaxşı nümunədir. Lakin libasların modelyerlər tərəfindən müasir formada biçimi heç də xoş görünmür.

Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova deyir ki, hazırda ən yaralı yerimiz milli geyimlərə münasibətdir:

“Milli geyimlər etnodəbin qayıtması ilə gündəmə gəlib, əhali arasında onlara çox böyük maraq var. Amma o geyimlər bizim tanıdığımız, nənələrimizin miras olaraq ötürdüyü geyimlər deyil. Tamamilə yadlaşdırılaraq səviyyəsiz hala gətirilib. Qadın geyimlərindən də dəhşətli vəziyyətdə kişi geyimləridir. Bu cür libaslara ən çox şou biznes əhlində rast gəlinir. Kişilər o vaxtlar çuxalarının ətəklərinin geniş olması ilə fəxr edirdilər. İndi isə ətəyini daraldıb, hər tərəfinə butaları doldururlar. Elə bilirlər ki, bu, artıq milli geyimdir. Butaları doldurmaqla milli geyim olmur”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir