Cəmiyyət

Bakıda qaraj və içərisində minik avtomobili yanıb

Sharing is caring!


Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 kvadratmetr olan qarajın yanar konstruksiyaları və içərisində olan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir