Cəmiyyət

Göygölün dörd kəndində əməliyyat: Polislər xeyli silah-sursat aşkarladılar – FOTO

Sharing is caring!


Göygöldə silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlifçaplı avtomat patronları, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Bundan başqa, polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini bir ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir