Cəmiyyət

Emin Əmrullayev: “Qarabağ Universitetində tələbə sayının beş min nəfərə çatdırılması planlaşdırılır”

Sharing is caring!


“Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının beş min nəfərə çatdırılması planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, növbəti tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu planlaşdırılır:

“Universitetdə ilk mərhələdə altı fakültə, 20 ixtisas üzrə tədris aparılacaq. Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır”.

E.Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.

Nazir əlavə edib ki, Qarabağ Universitetində dərs deyən müəllimlərin maaşı orta əməkhaqqından artıq olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir