Cəmiyyət

Nazir: “Xocalı məktəbində son tamamlanma işləri aparılır” – VİDEO

Sharing is caring!


“İşğaldan azad olunmuş Xocalıda inşa olunan məktəbdə son tamamlanma işləri aparılır”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, məktəb yeni tədris ilində fəaliyyətə başlayacaq:

“Təxminən 130-150 şagird təhsil ala bilər. Yerli əhalinin sayına uyğun yer olacaq”.

Nazirin qeyd edib ki, işğaldan azad olunan ərazilərdə müxtəlif vəziyyətdə olan məktəb binaları var:

“Xankəndidəki məktəblərdə müəyyən inventarlaşma işləri aparılır. Əhali oraya köçən zaman həmin məktəblərdə tədris bərpa olacaq“.

E.Əmrullayev qeyd edib ki, Kəlbəcər, Zəngilan və digər işğaldan azad olunan ərazilərdəki məktəblərimizdə təmir-tikinti işləri davam edir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir