Cəmiyyət

Oğurluq hadisəsi Bakının qəsəbəsinin bir hissəsini susuz qoydu – FOTO

Sharing is caring!


Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib. 

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi. 

Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarından Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb. 

Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir.

Eyni zamanda “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində  tədbirlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir