Cəmiyyət

Ayaqyalın tərk etdiyi Xocalıya yenidən qayıtdı – VİDEO

Sharing is caring!


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

Oxu.Az xəbər verir ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.

İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Onlardan biri də 32 il öncə, doqquz yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Lətifxanım Mahmudovadır. 

Onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən fraqmentlər əks olunan videoçarxı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir