Cəmiyyət

Gecənin qaranlığından istifadə edən sürücülər – VİDEO

Sharing is caring!


Paytaxtın müxtəlif ərazilərində sürücülər gecənin qaranlıq saatlarından istifadə edərək avtomobillərini velosiped zolaqlarında saxlayırlar.

Baku TV-nin əməkdaşı sözügedən velosiped zolaqlarında avtomobil park edən sürücülərdən bir neçəsi ilə söhbət aparıb.

Onların əksəriyyəti əməllərinin qanunla qadağan olunduğundan və cərimələnə biləcəklərindən xəbərdar olsalar da, avtomobillərini velosiped zolağında müvəqqəti saxladıqlarını deyərək özlərini müdafiə etməyə çalışıblar. 

“Bilirəm ki, burada avtomobil park etmək olmaz. Amma axşamdır, boşluq olur. Maşını elə saxlamışam ki, kamera çəkməsin”, – sürücü deyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir