Cəmiyyət

İsmayıllıda qəza: Ölən və xəsarət alan var

Sharing is caring!


İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Xanagah kəndində qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin dünyasını dəyişdiyi, bir nəfərin də ağır yaralandığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, minik avtomobilində olan sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir