Cəmiyyət

Qətərdən yaşıl enerji ilə əlaqədar ÇAĞIRIŞ

Sharing is caring!


“Karbon qazının azaldılması və yaşıl enerjinin inkişafı istiqamətində səylər artırılmalıdır”. 

Oxu.Az bildirir ki, bunu Qətər parlamentinin sədr müavini Hamda Hassan Al-Sulaiti Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı bildirib. 

O deyib ki, regionun bir çox ölkəsi 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qarşıya qoyulmuş 17 arzulanan məqsədə çatmaqda çətinlik çəkir. 

“Asiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə həmin dövrə qədər nail ola bilməyəcəyi gözlənilir. 2030-cu ilə qədər inkişaf hədəflərinin yalnız 11 faizi reallaşacaq. Su, artan işsizlik problemləri, sənaye durğunluğu var. Təmiz enerjinin təmin edilməsi sahəsində əməkdaşlıq etməliyik”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir