Cəmiyyət

Hacı Zeynalabdin qəsəbəsində bərbad durum: Şagirdlər evə fənərlə gedirlər – FOTO/VİDEO

Sharing is caring!


Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsinin Əliağa Vahid küçəsi bərbad vəziyyətdədir. 

Bu barədə Oxu.Az-a orada yaşayan sakinlər şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, şagirdlər çətin vəziyyətdə məktəbə gedirlər:

“Şagirdlər palçıqlı yolla məktəbə getməyə məcburdurlar. İkinci növbə təhsil alan şagirdlər isə dərsdən evə qayıdanda telefon işığı və fənərlərdən istifadə edirlər. Çünki küçə işıqlandırılmır”.

Valideynlər qeyd ediblər ki, küçənin işıqlandırılması üçün üç-dörd il bundan əvvəl işlər görülsə də, yarımçıq qalıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir