Cəmiyyət

Salyanda mikroavtobus aşıb: Yaralıların adları açıqlandı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində səkkiz nəfərin xəsarət aldığı məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü İlqar Dursun oğlu Əsgərov, 2006-cı il təvəllüdlü Aysun Elmir qızı Əsədova, 1960-cı il təvəllüdlü Telman Sabir oğlu Əzizov, 1950-ci il təvəllüdlü Qönçə Habil qızı Rəhimova, 1951-ci il təvəllüdlü Südabə Allahverən qızı Mehdiyeva, 1969-cu il təvəllüdlü Nigar Məzahim qızı Qarayeva, 1957-ci il təvəllüdlü Qətibə Seyfulla qızı Əliyeva və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Aysel Valeh qızı Əsgərovadır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

13:50

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyanın Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində altı nəfərin xəsarət aldığı bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir