Cəmiyyət

Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – FOTO/VİDEO

Sharing is caring!


Bu gün saat 8:45-də Bakıdan Ağstafaya yola düşən sürət qatarı Ələt stansiyasında dayanıb. Halbuki, qatar bu saatlarda mənzilbaşına çatmalı idi.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.media-ya bildirilib ki, bu gün Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb:

“Hazırda texniki problemin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib. Artıq əlavə qatar sərnişinləri götürüb və Gəncə istiqamətində hərəkətdədir. Qeyd edək ki, dayanma zamanı sərnişinlərə ödənişsiz çay, qəhvə və şirniyyat paylanılıb. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir