Cəmiyyət

20 yaşlı Ayselin anası fəryad edir: “Bakıya qayıtmağa pulumuz yoxdur” – FOTO

Sharing is caring!


20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, Ayselin əməliyyatı üçün yenidən Türkiyəyə yollanıblar.

“Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu. Biz yenidən əməliyyat üçün Türkiyəyə yollandıq. Həkimlər Ayselin müalicə olunub daha sonra əməliyyat edilməli olduğunu dedilər”.

Səbinə Məmmədova əllərində olan bütün pulu müayinələrə xərclədiklərini deyib.

“Türkiyəyə gələndə əlimizdə cəmi 2000 dollar pul var idi. Əlimizdə olanı da müayinələrə xərclədik. Qaldığımız evin pulunu və Naxçıvana gəlmək üçün lazım olan pulu borc alıb gəldik bura. Bacım Naxçıvanda yaşayır. İndi Bakıya qayıtmalıyıq, müalicələrə başlamalıyıq, ancaq imkanımız olmadığı üçün qayıda bilmirik. Bacımın ailəsi də imkansızdır, bizə dəstək ola bilmirlər. Ayselin atası illər əvvəl bizi atıb, mənim atam isə bir müddət əvvəl vəfat edib. Demək olar kimsəsiz qalmışıq. Hazırda dərmanları alıb Bakıya qayıtmaq üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 700-07-92.

Leo Bank: 4098 5844 9755 2503.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir