Cəmiyyət

Afət Fərmanqızı: “Ayaz yoldaşıma mesaj yazıb ki, Vəfa Şərifovanın əri məni ölümlə hədələyir”

Sharing is caring!


Müğənni Afət Fərmanqızı “Dağlar oğlu” mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib. 

A.Fərmanqızı “Moderator”a açıqlamasında bildirib ki, mahnısını Ayaza dəstək olmaq üçün oxuyub.

“YouTube” kanalında işlərimə baxan Əli Gəncəli adlı bir şəxs var. O mənə dedi ki, “eloğlum var, bir ildən çoxdur ki, “Dağlar oğlu” adlı mahnı oxuyub, heç kəs onu tanımır”. Mənə bildirdi ki, Vəfa Şərifova bu mahnını icazəsiz oğurlayıb oxuyub, biz də onu “YouTube” kanalından sildirmişik. Vəfaya yığıb dedim ki, hər kimdirsə, azərbaycanlımızdır, sən onunla duet oxu, həm də mahnıya gözün düşüb. Vəfa dedi ki, “mən elələri ilə duet oxumuram, mahnını silmişəm”. 

Hətta mənə dedi ki, “dueti özün oxu”. Duet oxumaq fikrim yox idi. Onlar çox yalvardılar ki, duet oxuyaq. Yoldaşım da dedi ki, eybi yox, kömək edək. Mahnını oxudum. Həmin ifanı Əli Polimehrin köməyi ilə 40 İran “Instagram” səhifəsində paylaşdırdım. Mahnı, necə deyərlər, tanındı və gündəm yaratdı. Mahnı tutandan sonra Vəfanın mahnıya tamahı düşdü. Axı o vaxt mahnını silmişdi. Ayaz tez-tez mənə şikayət edirdi ki, Vəfa məni saymır, mahnını “TikTok”a qoyur. Mən də ona deyirdim ki, beş min manat al, qoy oxusun.

Dedi ki, “100 min də versə, mən kişiyəm, mahnını Vəfaya vermərəm”. Sən demə, o, Vəfadan dörd min alıb mahnını ona verib, mənə də bildirməyib. Mən də Vəfaya deyirəm ki, niyə belə hörmətsizlik edirsən?! Məlum olur ki, Ayaz mənim vasitəmlə Vəfanı qısqandırır. Yəni mənim vasitəmlə Vəfadan pul almaq üçün bu üsuldan istifadə edir. Sonra yoldaşıma yazıb ki, “Vəfanın əri məni ölümlə hədələyir”. Mənə və yoldaşıma yazdığı mesajlar da əlimdədir, sizə təqdim edəcəyəm. O elə bilir ki, canını qurtaracaq, deyəcək ki, o mesajları Afət özü-özünə yazıb. Ekspertiza var, yazışmalar var, səsləri var. Deyirdi ki, mahnını sənə halal edirəm, onlar oxusa,, ruhum rahat olmaz. Yoldaşım onun ikiüzlü olduğunu biləndən sonra ona deyib ki, sən nə axmaq adamsan? Bizi niyə bu oyunun içinə salmısan? O da yoldaşımın ünvanına təhqiramiz ifadələr işlədib”, – deyə Afət Fərmanqızı bildirib.

Afət Fərmanqızı əlavə edib ki, Vəfa Şərifova ilə münasibətlərinin pozulmasına Ayaz Allahverdiyev vəsilə olub.

“Amma mən Vəfadan inciyirəm, Ayazdan yox. Ayazı biz tanımırıq, hələ bilmirik ruhi vəziyyəti necədir. Bəlkə o, şizofreniya xəstəsidir? Mən Vəfanı tanıyıram, o da məni. Mən Vəfaya zəng etmişəm ki, sən bu mahnını oxumaq istəyirsənsə, mən icazəsini alım. Deyir ki, yox, silmişəm mahnını. Mənə deyir ki, gedin, siz duet oxuyun, işiniz avand olsun. Özü götürüb bu yandan mahnını oxuyur. Qəşəng münasibətimiz var idi. O görür ki, mahnı tutdu, üç aydan sonra Ayazı dilə tutub, pul verib və mahnını Ayazdan alıb. Bəs bizim dostluğumuz harada qaldı?!” – deyə müğənni yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir