Cəmiyyət

Nizami rayonunda qanunsuz tikilinin qarşısı alınıb – FOTO

Sharing is caring!


Nizami Rayon İcra Hakimiyyəti Qara Qarayev prospekti, 229 ünvanında qanunsuz tikinti işlərinin aparılması ilə bağlı açıqlama verib.

İH-dən Oxu.Aza bildirilib ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki tərəf arasında baş verib:

“Fəaliyyətdə olan ticarət mərkəzinin sahibi özbaşına həmin obyektin yan tərəfinə avtomobil nəqliyyatı üçün nəzərdə tutulmayan və bununla bağlı aidiyyəti qurumların müvafiq icazə sənədi olmayan, yolun inşasına cəhd göstərib.

Eyni zamanda, digər sahibkar öz növbəsində yanında olan boş torpaq sahəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq çıxarışı əsasında onun xüsusi mülkiyyətində olduğunu bildirərək, digər tərəfin hərəkətlərindən Rayon İcra Hakimiyyətinə şikayət edib.

Tərəfimizdən qanunsuz avtomobil yolunun inşasının qarşısı alınıb. Ərazi və eyni zamanda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkən və səkinin vəziyyəti nəzarətdə saxlanılır. 

Lakin qanunsuz tikinti işləri aparan ticarət obyektinin sahibi yanlış izahat vermək məqsədi ilə öyrədilmiş şəxslərdən müsahibə aldıraraq mətbuata reallığı əks etdirməyən məlumatlar ötürüb və bununla da cəmiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışıb”.

Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məlumat ötən gün yayılmışdı. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir