Cəmiyyət

Bakıda hadisə törədərək qaçan sürücü məsuliyyətə cəlb edilib – VİDEO

Sharing is caring!


Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, paytaxt ərazisində MAZ markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobilinin sürücüsünün yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə 050-800-09-02 “WhatsApp” nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

BDYPİ bir daha bütün sürücülərdən yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir