Cəmiyyət

Balaca Məryəmin anası: “Atası xəstəliyini öyrəndiyi gün bizi tərk etdi, əməliyyata imkanımız çatmır” – FOTO

Sharing is caring!


7 yaşlı Məryəmin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Pərvin Səlimova məlumat verib.

Bildirilib ki, Məryəm anadangəlmə hər iki aşağı ətrafın deformasiyası və axil vətərinin qısalığı xəstəliyindən əziyyət çəkir:

“Məryəmin 7 yaşı var. Doğulandan bir müddət sonra onun bu xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrini, dərmanlarını etməyə çalışsam da, artıq, demək olar ki, tükənmişəm. Məryəm ayağındakı deformasiyanın bərpa edilməsi üçün əməliyyat olunmalıdır. Bunun üçün 1 000 manata ehtiyacımız var”.

Pərvin Səlimova övladını tək böyütdüyünü qeyd edib:

“Məryəmin atası onun xəstəliyini bildiyi gün bizi atıb getdi. Getdiyi gündən bir dəfə də olsa, Məryəmlə maraqlanmayıb. Övladımın vəziyyətinə görə bütün günü işləyə bilmirəm, onu yanında qoyub gedə biləcəyim heç kim yoxdur. Buna görə də yayda qonşuların yunlarını çırpıb, xalçalarını yuyuram. Bu aylarda isə evlərə təmizliyə gedirəm. Həm kirayə, həm uşağın iynə-dərmanı, həm qida, inanın, çatdıra bilmirəm. Aylarla Məryəmin dilinə ət dəymir, ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 732-78-09.

Kart hesabı: 4724 9425 2794 3823.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir