Cəmiyyət

Ötən ay Bakı ilə Naxçıvan arasında nə qədər sərnişin daşınıb? – AÇIQLAMA

Sharing is caring!


Bu ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan istiqamətində yeddi mindən artıq sərnişin daşınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Nəqliyyat Xidmətindən bildirilib.

Məlumata görə, nazirlik mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir. Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görür. Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı altıya çatdırılıb. Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir