Cəmiyyət

“Həsən ağanın qohumları”: İctimai asayişi pozanları hansı cəza gözləyir? – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


İşdən yorğun gələnlər, səhər sübh gözünü xəbərdarlıq siqnalına deyil, məhz ətraf mühitin “səs basqısı”na məruz qalaraq açanlar azdırmı?

Hələ nəzərə alsaq ki, bu səs siqnal səsidir. Bax, onda bunu bilərkdən edərək asayişi pozanlar, bəlkə də ən təhqirli kəlimələrə layiqdirlər.

Özlərini “Həsənağanın qohumu” hesab edən bu insanlar ətrafın psixologiyasını pozmaqla yanaşı, digər fizioloji narahatlıqlar da yaradırlar.

Hələ biz səhəri qonşuda təmir işləri aparan ustanın drel səsi ilə açmasından danışmırıq.

Bəs yaxşı mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 12-dən səhər saat yeddiyədək səs-küy salanlara, ucadan mahnı oxuyanlara, musiqi alətlərini ucadan ifa edənlərə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutduranlara, bir sözlə məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozanlara qarşı hansı sanksiyalar tətbiq edilə bilər? Ümumiyyətlə belə hallar üçün qanunvericiliyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu?

Psixoloqlar hesab edirlər ki, ictimai yerlərdə heç kimə məhəl qoymadan asayişi kobudcasına pozanların psixoloji problemləri var.

APA TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir