Cəmiyyət

Oğuzda avtomobil kanala aşıb, xəsarət alan var – FOTO

Sharing is caring!


Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir